"Neftçi"nin istədiyi futbolçu "Bavariya" ilə müqavilə imzaladı

"Neftçi"nin istədiyi futbolçu "Bavariya" ilə müqavilə imzaladı Almaniyanın "Bavariya" klubu İsveçrə "Bazel"inin sabiq futbolçusu Dimitri Oberlini heyətinə qatıb.
Futbol
26 Yanvar , 2021 16:29
Neftçinin istədiyi futbolçu Bavariya ilə müqavilə imzaladı
Dimitri Oberlin

Almaniyanın "Bavariya" klubu İsveçrə "Bazel"inin sabiq futbolçusu Dimitri Oberlini heyətinə qatıb.

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

İsveçrəli forvard klubun Almaniyanın III divizionunda çıxış edən əvəzedici komandasında oynayacaq. Oberlin ölkə çempionu ilə azad agent kimi anlaşıb. O, qışda "Bazel"lə müqaviləsini ləğv edib.

Qeyd edək ki, Dimitri Oberlini qış fasiləsində "Neftçi" öz heyətinə qatmaq istəyib. Lakin futbolçu "ağ-qaralar"ın təklifini mənfi cavablandırıb.

Son xəbərlər

Orphus sistemi