“Neftçi”nin İran komandası ilə oyunu ləğv olunub

“Neftçi”nin İran komandası ilə oyunu ləğv olunub Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin İranın “İstiqlal” komandası ilə nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.
Futbol
1234
19 Yanvar , 2019 13:46
“Neftçi”nin İran komandası ilə oyunu ləğv olunub

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin İranın “İstiqlal” komandası ilə nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb baş məşqçi Roberto Bordinin qərarıdır. İtaliyalı mütəxəssis fiziki yüklü məşqlərdən sonra futbolçuların ard-arda iki yoxlama oyununda meydana çıxacaqları halda onların zədələnmə ehtimalının artmasını əsas gətirərək belə qərar qəbul edib.

Qeyd edək ki, matç yanvarın 20-də keçirilməli idi. “Neftçi” ilk yoxlama görüşündə Rumıniyanın “Qaz Metan” komandasını 3:0 hesabı ilə məğlub edib. Bakılılar yanvarın 23-də “Slovan” (Liberes, Çexiya), yanvarın 26-da isə “Beroe” (Bolqarıstan) klubları ilə görüşəcəklər. 

Son xəbərlər

Orphus sistemi