"Neftçi"nin hücumçusu: "Milliyə dəvət alacağım gözlənilən idi"

"Neftçi"nin hücumçusu: "Milliyə dəvət alacağım gözlənilən idi" "Komandamız həm Farer adalarına, həm də Kosovoya qalib gələcək gücdədir"
Futbol
107
12 Noyabr , 2018 10:21
Neftçinin hücumçusu: Milliyə dəvət alacağım gözlənilən idi

Bakı. 12 noyabr. REPORT.AZ/ “Milliyə dəvət alacağım gözlənilən idi, amma yüz faiz heç nə bilinmirdi. Bu barədə mətbuatda müxtəlif məlumatlara rast gəlmişdim. Nəhayət, rəsmiləşdi”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın əsas yığmasına ilk dəfə dəvət alan “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov deyib. 23 yaşlı hücumçu bildirib ki, millidə oynamaq hər bir oyunçunun arzusudur: “İlk dəfədir milliyə çağırılıram. Orada möhkəmlənmək, davamlı oynamaq üçün əlimdən gələni edəcəyəm". 

Abbasov UEFA Millətlər Liqasında Farer adaları ilə evdə, Kosovo ilə isə səfərdə keçirəcəkləri oyunları həlledici adlandırıb: "Komandamız həm Farer adalarına, həm də Kosovoya qalib gələcək gücdədir. Bu tapşırığın öhdəsindən gələcəyimizi düşünürəm”.

Qeyd edək ki, Mirabdulla Abbasov cari çempionatda 5 qol vurub. D Liqasında 3-cü qrupda yer alan Azərbaycan yığması 6 xalla 2-ci pillədə qərarlaşıb və lider Kosovodan 2 xal geri qalır. Farer adalarının 4, Maltanın isə 2 xalı var.

Son xəbərlər

Orphus sistemi