"Neftçi"nin legioneri toplanışı dəyərləndirdi

"Neftçi"nin legioneri toplanışı dəyərləndirdi "Bu vəziyyət virusla bağlı yaranıb. Yoluxmaya görə Bakıda qalmağımız daha yaxşıdır. Öz bazamızda məşq edirik".
Futbol
12 Yanvar , 2021 16:44
Neftçinin legioneri toplanışı dəyərləndirdi
Voislav Stankoviç

"Bu vəziyyət virusla bağlı yaranıb. Yoluxmaya görə Bakıda qalmağımız daha yaxşıdır. Öz bazamızda məşq edirik".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Voislav Stankoviç klubun televiziyasına təlim-məşq toplanışı barədə danışarkən deyib.

Serbiyalı müdafiəçi komanda şəklində təcrid olunduqlarını bildirib: "Hazırda qaldığımız hotel çox rahatdır. Yaxşı şəraiti var. Hazırlığımızı bu formada davam etdirəcəyik".

34 yaşlı oyunçu 2 gün öncə I Divizion təmsilçisi "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçının üstünlüklərindən də danışıb: "Əsas odur ki, oyunu hiss etdik. Bilirsiniz ki, bir az istahətimiz oldu. Hardasa 10 gün evimizdə dincəldik. Baş məşqçi bu matçda gənc futbolçuların durumunu izlədi, kimlərə şans verə biləcəyini müəyyənləşdirdi. Sevindiricidir ki, yoxlama görüşündə heç kim zədə almadı".

Qeyd edək ki, "Neftçi" toplanış çərçivəsində ikinci sınaq matçını yanvarın 14-də "Keşlə"yə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi