"Neftçi"nin futbolçusu: "Hücum futbolu oynamağa davam etsəydik, bizi əks hücumda yaxalaya bilərdilər"

"Neftçi"nin futbolçusu: "Hücum futbolu oynamağa davam etsəydik, bizi əks hücumda yaxalaya bilərdilər" Bakı. 25 noyabr. REPORT.AZ/ Bizim üçün çox çətin oyun oldu. Süni meydanda oynadıq və oyuna daha çox nəzarət edə bilərdik.
Futbol
25 Noyabr , 2018 20:43
Neftçinin futbolçusu: Hücum futbolu oynamağa davam etsəydik, bizi əks hücumda yaxalaya bilərdilər
Emin Mahmudov

Bakı. 25 noyabr. REPORT.AZ/ "Bizim üçün çox çətin oyun oldu. Süni meydanda oynadıq və oyuna daha çox nəzarət edə bilərdik".

"Report" xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Emin Mahmudov Topaz Premyer Liqasının XII turunda səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi topa daha çox sahib olmaq istədiklərini vurğulayıb: "Bunu edə bilsəydik, 1-2 qol da vura və daha yaxşı oyun sərgiləyə bilərdik. Əsas odur ki, qələbə qazandıq".

E.Mahmudov ikinci qoldan sonra oyunun tempini aşağı saldıqlarını etiraf edib: "Hücum futbolu oynamağa davam etsəydik, bizi əks hücumda yaxalaya bilərdilər. Çünki rəqibin əks hücumları yaxşıdır. "Sabah”la matçlarına baxdıq, bunu yaxşı bacarırlar. Oyunu sakitləşdirmək lazım idi".

O, "Qarabağ"la xal fərqlərinin 5-ə yüksəlməsinə sevindiyini bildirib: "Biz öz oyunlarımızı qələbə ilə başa vurmalıyıq".

Son xəbərlər

Orphus sistemi