"Neftçi"nin ev oyunlarını keçirdiyi stadion daha bir il "Bakcell Arena" adlandırılacaq

"Neftçi"nin ev oyunlarını keçirdiyi stadion daha bir il "Bakcell Arena" adlandırılacaq AFFA və "Bakcell" şirkətləri arasındakı müqavilənin müddəti uzadılıb
Futbol
3 May , 2018 17:48
Neftçinin ev oyunlarını keçirdiyi stadion daha bir il Bakcell Arena adlandırılacaq

Bakı. 3 may. REPORT.AZ/ Bakının Nizami rayonunda "Neftçi" futbol komandasının ev oyunlarını keçirdiyi stadion 2019-cu ildə də "Bakcell Arena" adlandırılacaq. 

"Report"un məlumatına görə, bu barədə "Bakcell" şirkəti ilə AFFA arasında razılıq əldə olunub. Anlaşmaya əsasən, 2013-cü ildə bağlanılmış 5 illik müqavilənin müddəti daha bir il uzadılıb.  

Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin mayında başlanıb. "Bakcell" ilə AFFA arasında bağlanmış müqaviləyə əsasən, stadion 2013-cü ildə əsaslı şəkildə modernləşdirilərək “Bakcell Arena” adlandırılıb. 11 min tamaşaçı yeri olan arena ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Stadionda 17 VİP skayboks, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunub-geyinmə, məşqçilər, hakimlər, həkimlər üçün otaqlar, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 300 avtomobil tutan dayanacağı var.

Son xəbərlər

Orphus sistemi