"Neftçi"nin danışıqlar apardığı futbolçu Rusiya klubundan ayrılıb

"Neftçi"nin danışıqlar apardığı futbolçu Rusiya klubundan ayrılıb Rusiyanın "Ufa" klubu Azərbaycan əsilli futbolçusu Azər Əliyevlə vidalaşıb.
Futbol
27 Yanvar , 2022 15:46
Neftçinin danışıqlar apardığı futbolçu Rusiya klubundan ayrılıb
Azər Əliyev

Rusiyanın "Ufa" klubu Azərbaycan əsilli futbolçusu Azər Əliyevlə vidalaşıb.

"Report"un Başqırdıstan təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Neftçi"nin danışıq apardığı təcrübəli oyunçunun "ağ-qaralar"a keçəcəyi gözlənilir.

Qeyd edək ki, Azər Əliyev "Ufa"ya 2018-ci ildə "Krılya Sovetov"dan keçmişdi.

Son xəbərlər

Orphus sistemi