"Neftçi"nin bombardiri: "Əsas oyunlarımız "Dinamo"ya qarşı olacaq"

"Neftçi"nin bombardiri: "Əsas oyunlarımız "Dinamo"ya qarşı olacaq" "Yoldaşlıq görüşü də olsa, qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Oyunumuzu daha da yaxşılaşdırmaq üçün belə matçlar bizə lazımdır"
Futbol
25 İyun , 2021 10:13
Neftçinin bombardiri: Əsas oyunlarımız Dinamoya qarşı olacaq

"Yoldaşlıq görüşü də olsa, qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Oyunumuzu daha da yaxşılaşdırmaq üçün belə matçlar bizə lazımdır".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Namik Ələskərov Sloveniyada "Domjale"yə 1:2 hesabı ilə uduzduqları yoxlama matçından sonra klubun televiziyasına açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi toplanışda daha bir oyun keçirəcəklərini xatırladıb: "Çalışacağıq ki, həmin matçda da yaxşı oynayaq. Bizim üçün əsası Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağımız Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə oyunlardır. Həmin görüşlərə hazır olmaq lazımdır. İnanıram ki, Çempionlar Liqası matçlarınadək hər şey qaydasına düşəcək".

Ələskərov yeni transferlər Harramiz Soares və Sezar Meza Kolli haqqında da danışıb: "İlk gəldikləri gündən hər ikisinin səviyyəli futbolçu olduqları görünür. Meza Kollini tanıyırdıq. O, da hamımızı yaxşı tanıyır. Soaresin də bizimlə münasibəti yaxşıdır, yavaş-yavaş komandaya uyğunlaşır. İnanıram ki, hər ikisinin bizə xeyiri dəyəcək".

Qeyd edək ki, "Neftçi" daha əvvəl “Olimpiya” (Lyublyana) ilə yoxlama görüşündə 1:1 hesablı heç-heçə edib. Ölkə çempionunun Sloveniyadakı son rəqibi isə Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Bu qarşılaşma iyunun 29-da keçiriləcək.

Xatırladaq ki, Namiq Ələskərov 2020/2021 mövsümündə 19 qolla bombardir olub.

Son xəbərlər

Orphus sistemi