“Neftçi”nin baş məşqçisi: "Təəssüf ki, hesab açılmamışdan imkanları qaçırdıq"

Futbol
  • 20 oktyabr, 2018
  • 15:22
“Neftçi”nin baş məşqçisi: Təəssüf ki, hesab açılmamışdan imkanları qaçırdıq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer LiqasınınVIII turu çərçivəsində “Qəbələ”yə səfərdə 1:3 hesabı ilə məğlub olan“Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib. 

"Report" xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə oyun barədəfikirlərini bölüşüb:

- “Qəbələ”ni təbrik edirəm. Təəssüf ki, hesab açılmamışdanimkanları qaçırdıq. Acınacaqlıdır ki, rəqib bizi əks-hücumlarda yaxalamağıbacardı. Bu məğlubiyyətdən nəticə çıxarmadıq.

- Dario və Dabo meydanda görünmədilər. Bunun səbəbi nə iləbağlıdır?

 -  İlk yarıda normaloynadılar. Sadəcə, Dario və Dabo yox, ümumiyyətlə, bütün komanda üzvləri üzərlərindəçalışmalı və səyləri artırmalıdır.

 - Fasilə zamanı niyə yoxlama oyunu keçirmədiniz ki , komandatonusdan düşməsin?

 - Kifayət qədər oyunçumuz milli komandaya dəvət almışdılar.Bu üzdən də yalnız mix-matç keçirdik.

 - Nəticə və “Qəbələ”nin sərgilədiyi futbol sizin üçünsürpriz olmadı? Oyunçularınızda arxayınlıq hiss etmədiniz?

 - Rəqib kompakt müdafiə olundu. Bizi əks-hücumdayaxaladılar. Bu cür oyun gözləyirdik.

 - Rəşad Eyyubov komandanızın ən zəif bəndi idi. Onu əvəzləməkdəyubandınız. Bu fikirlə razısınız?

- Rəşadın zəif oynadığını hesab etmirəm. Bəlkə də oyun təcrübəsiaz idi. Bununla yanaşı, Rəşaddan razı qaldım. Zəif cəhətlərimiz ondan ibarətoldu ki, hücumlar zamanı individual mübarizələrdən qalib ayrıla bilmirdik.Uduzmuşuqsa, komandamız uduzub.

44 filmi