"Neftçi"nin baş məşqçisi: Təəssüf ki, azarkeşləri sevindirə bilmədik

"Neftçi"nin baş məşqçisi: Təəssüf ki, azarkeşləri sevindirə bilmədik Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirə bilmədik.
Futbol
20 Sentyabr , 2024 22:16
Neftçinin baş məşqçisi: Təəssüf ki, azarkeşləri sevindirə bilmədik

Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirə bilmədik.

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın VII turunun oyunundan sonra mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis fanatları məmnun edə bilmədikləri üçün məyus olduqlarını bildirib:

"Bu, mənim üçün də xoş deyil. Amma əminəm ki, yaxşı futbol və qələbə ilə tərəfdarları sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq".

"Yalnız bir hədəfimiz var. Qalib gəlməyəndə, adamın çoxlu sözlər deməyə dili gəlmir, indi sakit duraq. Ümid edirəm ki, futbol haqqında danışmaq daha asan olacaq. Onu görəcəksiniz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək", - deyə baş məşqçi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi