"Neftçi"nin baş məşqçisi: "Rəqibi detallarına kimi analiz edəcəyik"

"Neftçi"nin baş məşqçisi: "Rəqibi detallarına kimi analiz edəcəyik" "Hansı rəqibin düşməsindən asılı olmayaraqoyunun Bakıda keçirilməsiniistəyirdim".
Futbol
10 Avqust , 2020 16:09
Neftçinin baş məşqçisi: Rəqibi detallarına kimi analiz edəcəyik
Füzuli Məmmədov

"Hansı rəqibin düşməsindən asılı olmayaraq oyunun Bakıda keçirilməsini istəyirdim". 

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov klubun rəsmi televiziyasına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Şimali Makedoniyanın "Şkupi" komandası ilə oyun barədə danışarkən deyib. 

43 yaşlı mütəxəssis bildirib ki, futbolçular doğma meydanda oynadıqları zaman daha inamlı olurlar. Məmmədov bu amilin çox önəmli olduğunu diqqətə çatdırıb: "Ümid edirəm ki, futbolçularımız mən istədiyim səviyyədə oyun göstərəcəklər. Rəqibi detallarına kimi analiz edəcəyik".

Qeyd edək ki, "Neftçi" - "Şkupi" matçı avqustun 27-də "Bakcell Arena"da keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi