"Neftçi"nin baş məşqçisi: "Oyundan-oyuna gözəl futbol sərgiləyirik"

"Neftçi"nin baş məşqçisi: "Oyundan-oyuna gözəl futbol sərgiləyirik" Öz oyunçularımı gözəl çıxışları münasibətilə təbrik edirəm. Erkən qolla geri düşsək də, sonradan meydanda dominantlıq etdik və matçı istədiyimiz kimi sona çatdıra bildik.
Futbol
27 Oktyabr , 2019 19:46
Neftçinin baş məşqçisi: Oyundan-oyuna gözəl futbol sərgiləyirik

"Öz oyunçularımı gözəl çıxışları münasibətilə təbrik edirəm. Erkən qolla geri düşsək də, sonradan meydanda dominantlıq etdik və matçı istədiyimiz kimi sona çatdıra bildik".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin səfərdə "Sumqayıt"a 4:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, son 4 oyunda qazandıqları qələbələr futbolçuların çəkdikləri əziyyətin bəhrəsidir: "Oyundan-oyuna gözəl futbol sərgiləyirik. Bu da futbolçuların əziyyəti sayəsində mümkün olub. Hər şey göz önündədir".

Son xəbərlər

Orphus sistemi