"Neftçi”nin baş məşqçisi: "Bugünkü qələbə çox vacib idi"

"Neftçi”nin baş məşqçisi: "Bugünkü qələbə çox vacib idi" Futbolçularımı təbrik edir, çox yaxşı oynadıqları üçün onlara təşəkkür edirəm. Komandamızın meydana çıxan və çıxmayan üzvlərinin hamısına minnətdaram. Çünki hamısı qələbəyə köklənmişdi.
Futbol
28 Sentyabr , 2019 20:24
Neftçi”nin baş məşqçisi: Bugünkü qələbə çox vacib idi
“Neftçi”nin baş məşqçisi Roberto Bordin / Report/ Elchin Murad

"Futbolçularımı təbrik edir, çox yaxşı oynadıqları üçün onlara təşəkkür edirəm. Komandamızın meydana çıxan və çıxmayan üzvlərinin hamısına minnətdaram. Çünki hamısı qələbəyə köklənmişdi".

"Report" xəbər verir ki, bunu "Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın VI turunda "Qəbələ”yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bu qələbənin komandaya psixoloji baxımdan üstünlük verəcəyini bildirib: "İlk hissədə bir neçə qol epizodu yaratsaq da, fərqlənə bilmədik. Buna baxmayaraq, fasilədən sonra Tural Axundovun vurduğu qol oyumunuzu açdı, daha da gözəlləşdirdi. Bu qol oyunumuza görə bir növ hədiyyə oldu”.

Baş məşqçi azarkeşlərin onu istefaya səsləmələrinə isə belə reaksiya verib: "Düzü, azarkeşlərin nə qışqırdıqlarını başa düşmürdüm. Çünki əvvəldən sondadək oyuna köklənmişdim. Çempionatın necə bitəcəyini indidən deyə bilmərəm, amma bugünkü qələbə çox vacib idi".

Bordin start heyətində etdiyi dəyişikliklərdən də danışıb: "Stiven Monrozun həftəboyu bir az ağrıları var idi deyə, məşqlərə gec qoşuldu. Namik Ələskərov isə məşqlərdə özünü yaxşı göstərmişdi. Buna görə də ona ilk dəqiqələrdən şans verdim. 

Geniş heyətimiz var deyə, çalışıram rotasiya edim. Deyərdim ki, bizdə yara vardı. Yaramızı az da olsa sağaltmış olduq. Bu qələbə bizə psixoloji baxımdan üstünlük verəcək. Oyunumuzu daha da yaxşılaşdırmağa, qələbələri sıralamağa çalışacağıq”.

Son xəbərlər

Orphus sistemi