"Neftçi"nin baş məşqçisi: "Bizim üçün çətin dövrdür"

"Neftçi"nin baş məşqçisi: "Bizim üçün çətin dövrdür" "Üç xal qazandığımız üçün çox sevinirəm. Bizim üçün çətin dövrdür"
Futbol
7 Avqust , 2022 19:16
Neftçinin baş məşqçisi: Bizim üçün çətin dövrdür

."Üç xal qazandığımız üçün çox sevinirəm. Bizim üçün bir az çətin dövrdür. Bu gün daha çox ikinci heyət üzvlərinə üstünlük verdim. Onlar da təcrübə qazanmalıdırlar. Əsas düşüncəmiz UEFA Konfrans Liqasında pley-offa adlamaqdır".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Şamaxıda eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının I tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, meydança süni örtüklü olduğundan futbolçulara görə narahatlıq keçirib: "Qorxurdum ki, zədələnərlər. Nə qədər üzücü olsa da, qapıçımızı itirdik. Ümidvaram ki, Aqil Məmmədov tezliklə komandaya qoşulacaq. Hazırda əlimizdə 2 qapıçı qalıb. Rza Cəfərov da milli komandadır".

O, qələbə münasibətilə komandasını təbrik edib: "Bugünkü oyun Avstriyada "Rapid"ə qarşı keçirəcəyimiz matçla bağlı planın bir hissəsi idi. 3 xal qazanmaq bizim üçün vacib idi. Bu gün gənclərdən yalnız müsbət siqnallar aldım. Fasilədə onlara bildirdim ki, özlərinə daha çox inanmalı, daha təhlükəli və hücumameylli olmalıdırlar. Çoxu gənc oyunçudur. Bəziləri ilk dəfə birlikdə çıxış edirə Çox aqressiv idik. Rəqibə yaxın oynamağa və itirdiyimiz topları geri almağa çalışırdıq. Düşünürəm ki, getdikcə daha yaxşı oynayacaqlar".

46 yaşlı baş məşqçisi start heyəti ilə bağlı danışmağı xoşlamadığını söyləyib: "Sırf olaraq, Mert Çelik haqqında danışmaq istəmirəm. Müdafiə xəttindəki futbolçuların hamısı yaxşı oyun göstərdi. Mertin keyfiyyətini bilirik, ona görə komandaya yenidən qoşulmasını istəyirdik. Konfrans Liqasında qrupa düşmək istəyiriksə, futbolçuların hamısı oynamalıdır. Ağır qrafikimiz var, yüksək səviyyə tələb edir".

Regekampf yeni transfer Yeqor Boqomolskinin çıxışını da dəyərləndirib: "Bu gün meydanda çox qaçdı. "Neftçi"də ilk rəsmi oyunu idi. Mübarizə apardı. İlk hissədə də qol vurmaq şansı var idi. Son saniyədə isə qərar verməkdə çətinlik çəkdi. Gənc oyunçudur, döyüşçüdür. Öz səviyyəsinə çıxmaq üçün vaxtı var".

Son xəbərlər

Orphus sistemi