"Neftçi"nin baş məşqçisi: "Biz 3 xal üçün gəlmişdik, onu da qazandıq"

"Neftçi"nin baş məşqçisi: "Biz 3 xal üçün gəlmişdik, onu da qazandıq" Elxan Abdullayev Premyer Liqasının XX turu çərçivəsində AZAL üzərində 1:0 hesablı qələbədən sonra açıqlama verib
Futbol
27 Fevral , 2017 19:32
Neftçinin baş məşqçisi: Biz 3 xal üçün gəlmişdik, onu da qazandıq

Bakı. 27 fevral. REPORT.AZ/  "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində AZAL üzərində 1:0 hesablı qələbədən sonra matçla bağlı fikirlərini bildirib. 

"Report"un məlumatına görə, 47 yaşlı mütəxəssis səfər oyunundan sonra təşkil edilən mətbuat konfransında qısa danışıb.

O deyib ki, oyunun ağır keçəcəyini bilirdik: "Buna görə də matça ciddi hazırlaşmışdıq. Biz 3 xal üçün gəlmişdik, onu da qazandıq. AZAL-a da uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi