"Neftçi"nin 1966-cı il SSRİ çempionatında bürünc medal qazanmış futbolçusu xəstəxanaya yerləşdirilib

"Neftçi"nin 1966-cı il SSRİ çempionatında bürünc medal qazanmış futbolçusu xəstəxanaya yerləşdirilib Yaşar Babayev Kliniki Tibbi Mərkəzdə müalicə alır
Futbol
370
23 Noyabr , 2015 18:08
Neftçinin 1966-cı il SSRİ çempionatında bürünc medal qazanmış futbolçusu xəstəxanaya yerləşdirilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanın veteran futbolçusu Yaşar Babayev insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu barədə "Report"a Y.Babayevin həyat yoldaşı Tamara Babayeva məlumat verib.

Onun sözlərinə görə, 74 yaşlı sabiq müdafiəçi təzyiqinin kəskin yüksəlməsi üzündən 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda xüsusi palatada müalicəsini davam etdirən Y.Babayevin hərəkət etməsinə icazə verilmir. Bununla belə, xəstə sərbəst danışa bilir.

T.Babayeva bu gün götürülmüş analizlərin nəticəsinə əsasən, müalicənin davam etdiriləcəyini söyləyib. O, həyat yoldaşının müalicəsi üçün AFFA və "Neftçi" klubundan bütün lazımi köməkliyin göstərildiyini də əlavə edib. 

Qeyd edək ki, Yaşar Babayev 1966-cı il SSRİ çempionatında "Neftçi"nin heyətində bürünc medal qazanmış futbolçulardandır. 

Son xəbərlər

Orphus sistemi