"Neftçi" qələbə qazanaraq liderliyini möhkəmləndirdi

"Neftçi" qələbə qazanaraq liderliyini möhkəmləndirdi Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub
Futbol
20 Fevral , 2021 19:55
Neftçi qələbə qazanaraq liderliyini möhkəmləndirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son matçında "Neftçi" "Qəbələ"ni qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 90+4-cü dəqiqədə Emin Mahmudov vurub.

Bu nəticədən sonra 33-cü xalını qazanan "Neftçi" liderliyini möhkəmləndirib. Qonaqlar isə 18 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə "Zirə" səfərdə "Keşlə"ilə qollu heç-heçə edib 2:2. Dünən baş tutan matçlarda isə "Səbail" evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib. "Qarabağ" isə səfərdə "Sumqayıt"la qolsuz bərabərliyə razılaşıb.

Son xəbərlər

Orphus sistemi