Haiti milli komandasının futbolçusu Donald Gerye Azərbaycanın "Neftçi" klubu ilə yollarını ayırıb.
"Report"un məlumatına görə, bu barədə 31 yaşlı cinah oyunçusunun özü şəxsi "Instagram"ında yazıb.
"Yeni səhifə vaxtıdır. Təşəkkür edirəm, "Neftçi". Xoş idi" deyə o bildirib.
Qeyd edək ki, Donald Gerye "ağ-qaralar"la 2019-cu il sentyabrın 5-də azad agent qismində 1+1 illik müqavilə bağlamışdı. Daha əvvəl “Qarabağ” (2017 - 2019), Haitinin “Violett” (2009-2011), “Amerika de Ke” (2011-2013), Polşanın “Visla” Krakov (2013-2016) və Türkiyənin “Alanyaspor” (2016-2017) komandalarında çıxış etmiş Gerye ikiqat Azərbaycan çempionluğu (2018, 2019) qazanıb.