“Neftçi” klubunun rəhbərliyi azarkeşlərlə futbol oynayıb

“Neftçi” klubunun rəhbərliyi azarkeşlərlə futbol oynayıb Görüş klubun bazasında olub
Futbol
9 Oktyabr , 2017 17:34
“Neftçi” klubunun rəhbərliyi azarkeşlərlə futbol oynayıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün “Neftçi” klubunun rəhbərliyi “Forza “Neftçi” fan-klubunun üzvləri ilə görüşüb.

“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, görüş klubun bazasında baş tutub.

Əvvəlcə dostluq matçı çərçivəsində qarşılaşan “Neftçi"lilər, daha sonra çay süfrəsi arxasında bir araya gəliblər. Dostluq ab-havasında keçən yoldaşlıq oyunu “Forza “Neftçi”nin qələbəsi ilə bitib.

Oyundan sonra “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, komandanın baş məşqçisi Tərlan Əhmədov və digər klub nümayəndələri “Forza “Neftçi”nin rəhbərlərindən Sübhan Əliyev və fan-klubun başqa üzvləri ilə görüşərək onları maraqlandıran məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi