​"Neftçi"nin Müşahidə Şurası yenə iclas keçirəcək

​"Neftçi"nin Müşahidə Şurası yenə iclas keçirəcək Klub rəhbərliyi son bir həftədə ikinci dəfə bir araya gələcək
Futbol
3 İyun , 2016 09:38
​Neftçinin Müşahidə Şurası yenə iclas keçirəcək

Bakı. 3 iyun. REPORT.AZ/ "Neftçi" klubunun Müşahidə Şurasının növbəti iclası keçiriləcək. Klubdan "Report"a verilən məlumata görə, iclas iyunun 4-də olacaq.

Bu şuranın son bir həftədə ikinci iclası olacaq. İclasda klubun yeni mövsüm üçün büdcəsi müzakirə olunub, transferlərlə bağlı qərar veriləcək. Bundan sonra komandanın transfer siyasətinə aydınlıq gələcək.

Qeyd edək ki, "Neftçi"nin Müşahidə Şurasının sonuncu iclası mayın 28-də keçirilib. Həmin iclasda klubun futbol akademiyası və əsas komandasının 2015/2016-cı illər mövsümündəki fəaliyyəti əsas müzakirə mövzusu olub, komandanın Avropa Liqasına və yeni mövsümə hazırlıq planı təsdiqlənib. 

Son xəbərlər

Orphus sistemi