"Neftçi" klubunun keçmiş futbolçusu vəfat edib

"Neftçi" klubunun keçmiş futbolçusu vəfat edib Yuri Kuznetsov 85 yaşında dünyasını dəyişib.
Futbol
4 Mart , 2016 12:15
Neftçi klubunun keçmiş futbolçusu vəfat edib

Bakı. 4 mart. REPORT.AZ/ Bakının "Neftçi" klubunun keçmiş futbolçusu Yuri Konstantinoviç Kuznetsov vəfat edib. "Report"un məlumatına görə, o, 85 yaşında dünyasını dəyişib.

Bakı şəhərində anadan olan Y.Kuznetsov 1952-1955-ci illərdə "Neftçi"də çıxış edib. 1955-ci ildə "Neftçi"dən ayrılan hücumçu növbəti 5 il müddətində Moskva "Dinamo"sunda çıxış edib. O, 1959-cu ildə də çempionatın ən yaxşı mərkəz hücumçusu seçilib.

1960-cı ildə yenidən "ağ-qaralar"a qayıdan Kuznetsov 4 il sonra futbolçu karyerasını bitirib. SSRİ yığmasının heyətində rəsmi oyunlarda 3 qol vuran futbolçu 2 dəfə - 1955 və 1959-cu ildə adı SSRİ-nin ən yaxşı 33 futbolçusu siyahısına daxil olunub.

Y.Kuznetsov 57 yaşında (1988-ci il) "Neftçi"də baş məşqçi vəzifəsində də çalışıb.

Son xəbərlər

Orphus sistemi