​"Neftçi" klubunda yeni təyinatlar olub

Futbol
  • 04 may, 2015
  • 12:31
​Neftçi klubunda yeni təyinatlar olub

Bakı. 4 may. REPORT.AZ/ "Neftçi" Futbol Klubunun mühafizə xidmətinin yeni rəisi müəyyənləşib. Bu barədə "Report"a klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev məlumat verib.

Onun sözlərinə görə, yeni rəis Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən 2003-cü ilin oktyabrında ehtiyata buraxılmış polkovnik Hamlet İsmayılovdur.

Müşahidə Şurasının sədri daha 3 təyinatın reallaşdığını deyib. Hüquqşünas vəzifəsinə Rauf Mövsümov təyin olunub. Ç.Abdullayev yeni hüquqşünasın 30 ildən artıq prokurorluqda çalışdığını bildirib. Qarabağ müharibəsinin iştirakçısı olmuş 2 nəfər isə klubda sürücü vəzifəsində çalışacaq.

Qeyd edək ki, daha öncə Vəli Qasımov idman direktoru, Dmitri Kramarenko qapıçı hazırlığı üzrə məşqçi, Mübariz Xudiyev isə idman direktorunun müavini vəzifəsinə təyinat alıb.