"Neftçi" klubu növbəti futbolçu transferini gerçəkləşdirib

"Neftçi" klubu növbəti futbolçu transferini gerçəkləşdirib “Neftçi” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.
Futbol
10 İyun , 2019 18:02
Neftçi klubu növbəti futbolçu transferini gerçəkləşdirib

“Neftçi” klubu növbəti futbolçu transferini gerçəkləşdirib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, flaqman Rauf Əliyevlə 1 illik müqavilə bağlayıb.

30 yaşlı hücumçu yeni komandasının heyətində 19 nömrəli formanı geyinəcək.

Bunadək “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014), “İnter” (2015-2017), “Kukesi” (Albaniya, 2017-2018), “Qəbələ” (2018-2019) klublarında çıxış etmiş Rauf Əliyev 2015-ci ildə “Neftçi”nin heyətində 11 oyunda meydana çıxıb. 2009-cu və 2019-cu illərdə Azərbaycan Kubokunun qalibi olub. Milli komandanın heyətində 45 oyun keçirib, 7 qol vurub.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl serbiyalı müdafiəçi Voislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlamışdı.

Son xəbərlər

Orphus sistemi