"Neftçi" klubu məşhur beynəlxalq audit şirkəti ilə müqavilə bağlayacaq

"Neftçi" klubu məşhur beynəlxalq audit şirkəti ilə müqavilə bağlayacaq Məqsəd klubun büdcəsinin şəffaflığına nəzarətdən ibarətdir
Futbol
187
7 Yanvar , 2016 14:40
Neftçi klubu məşhur beynəlxalq audit şirkəti ilə müqavilə bağlayacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ "Neftçi" futbol klubu yaxın günlərdə məşhur beynəlxalq audit şirkəti ilə müqavilə bağlayacaq. Klubdan "Report"a verilən məlumata görə, məqsəd klubun büdcəsinin şəffaflığına nəzarətdən ibarətdir.

Şirkət avqustda 01.07.2015 - 01.07.2016 maliyyə ili üçün ictimaiyyətə hesabat təqdim edəcək. Hesabat büdcə və rəydən ibarət olacaq. Bununla da "Neftçi" beynəlxalq auditdən keçmiş ilk klub olacaq. Klubdan auditi aparacaq şirkətin adı açıqlanmayıb. Bununla belə, həmin qurumun dünya futbolunda çalışan 2 şirkətdən biri olduğu vurğulanıb.

Qeyd edək ki, hazırda futbol sahəsində Deloitte və PwC şirkətləri audit aparır. Deloitte hər il futbol klublarının şəffaflığı haqqında hesabat hazırlayır. PwC isə UEFA-da futbol üzrə məsləhətçidir. 

Son xəbərlər

Orphus sistemi