"Neftçi” klubu Elxan Abdullayevlə müqavilənin müddətini artırıb

"Neftçi” klubu Elxan Abdullayevlə müqavilənin müddətini artırıb 47 yaşlı mütəxəssislə 3 illik razılaşma imzalanıb
Futbol
4 May , 2017 14:03
Neftçi” klubu Elxan Abdullayevlə müqavilənin müddətini artırıb

Bakı. 4 may. REPORT.AZ/ "Neftçi” klubu baş məşqçi Elxan Abdullayevlə müqavilənin müddətini artırıb.

“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə 3 illik razılaşma imzalanıb.

E.Abdullayev ötən il sentyabrın 14-də “Neftçi”nin baş məşqçisi təyin olunub.

Qeyd edək ki, ötən ayın əvvəlində "Neftçi" klubunun yaydığı bəyanatda E.Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusu ilə müqavilə müddətinin daha 1 il uzadılacağı vurğulanıb. Lakin “Zirə” ilə XXVII tur matçında legioner limitinin pozulmasına görə alınan texniki məğlubiyyətə görə məşqçilər – Aleksandr Deriberin və İqor Getmanla müqavilə müddətinin artırılmaması ilə bağlı qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi