"Neftçi" klubu daha bir futbolçusu ilə müqaviləni pozub

"Neftçi" klubu daha bir futbolçusu ilə müqaviləni pozub Denilson Pereyra məxsus olduğu komandaya göndərilib
Futbol
18 Noyabr , 2016 17:02
Neftçi klubu daha bir futbolçusu ilə müqaviləni pozub

Bakı. 18 noyabr. REPORT.AZ/ “Neftçi” klubu əvəzedici heyətə göndərdiyi daha bir futbolçusu ilə müqaviləni pozub. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, braziliyalı hücumçu Denilson Pereyradır. 

Onunla icarə müqaviləsinə xitam verib. Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub. "Sambaçı" müqavilə ilə məxsus olduğu İspaniyanın “Qranada” klubuna qayıdıb. 

Qeyd edək ki, bunadək "Neftçi" klubu Dario Melnyak və Katalin Tira ilə də yollarını ayırıb. 

Son xəbərlər

Orphus sistemi