"Neftçi" klubu çempionluq qələbəsini azarkeşləri ilə birlikdə qeyd etdi

"Neftçi" klubu çempionluq qələbəsini azarkeşləri ilə birlikdə qeyd etdi “Neftçi” komandası futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə Çempionluq Kubokunu öz bazasına gətirib
Futbol
20 May , 2021 05:42
Neftçi klubu çempionluq qələbəsini azarkeşləri ilə birlikdə qeyd etdi

“Neftçi” komandası futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə Çempionluq Kubokunu öz bazasına gətirib.

"Report"un məlumatına görə, bazada bu münasibətlə qarşılanma mərasimi keçirilib.

Azarkeşlər komandanı böyük coşqu ilə salamlayıb. Onlar arasında Vətən müharibəsi qaziləri də olub. Azarkeşlər çempionluq sevincini futbolçularla birgə yaşayıblar.

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev "Report"a bildirib ki, komandanın qarşıda bir çox hədəfləri var: "Neftçi” ölkə çempionatında 8 ildir qalib ola bilmirdi. Bu mövsüm çempionluq bizim üçün çox vacib idi. “Neftçi” ailəsi olaraq inanırdıq ki, bunu bacaracağıq və bu gün çox sevincliyik. Şadıq ki, çempionatı qızıl medallarla tamamladıq".

Klubun sözçüsü onu da qeyd edib ki, “Neftçi” artıq daha geniş hədəflərə çatmaq üçün yeni transferlər haqqında fikirləşir: "Bizim üçün artıq bu mövsüm bitdi və yeni mövsüm haqqında fikirləşirik. Məşqçilər korpusunun məsləhət bildiyi mövqelərə yeni transferlər ediləcək, kimləri komandada görmək istəməsələr, onlarla sağollaşacağıq. Çünki vaxtımız məhduddur. Qısa müddət ərzində Çempionlar Liqasına hazırlaşmalıyıq. İyulun 6-da Çempionlar Liqasının mərhələsi çərçivəsində ilk oynumuza çıxacağıq. Çalışacağıq ki, bu istiqamətdə bütün işlərimizi tamamlayaq".

Son xəbərlər

Orphus sistemi