Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanın "Bakı" futbol komandasının qapıçısı Aqil Məmmədov "Neftçi" klubu ilə müqavilə bağlayıb. "Report"un flaqmanın rəsmi saytına istinadən məlumatına görə, "ağ-qaralar" təcrübəli əlcək sahibi ilə 1.5 illik razılıq əldə ediblər.
Müqaviləyə əsasən 25 yaşlı qapıçı cari mövsümün ikinci yarısından 2016-cı ilin yayınadək “Neftçi”nin qapısını qoruyacaq.