"Neftçi" Kiyev "Dinamo"sunun yetirməsini transfer edir

"Neftçi" Kiyev "Dinamo"sunun yetirməsini transfer edir Futbolçunun sonuncu klubu "Olimpik" olub
Futbol
5 Yanvar , 2017 11:08
Neftçi Kiyev Dinamosunun yetirməsini transfer edir

Bakı. 5 yanvar. REPORT.AZ/ Bakının "Neftçi" klubunun heyətə cəlb etmək istədiyi ukraynalı futbolçunun adı müəyyənləşib. "Report"un məlumatına görə, bu, Kiyev "Dinamo"sunun yetirməsi Kirill Petrovdur.

13 yaşında "Dinamo"nun düşərgəsinə qoşulan müdafiəçi 3 ildən sonra Kiyev təmsilçinin gənclərdən ibarət komandasında çıxış edib. O, 2009-cu ildən əsas komandaya cəlb olunsa da, növbəti illərdə "Krivbass" və "Qoverla"ya icarəyə verilib. Müdafiəçi 2013-cü ildən Kiyev "Arsenal"ı, bir il sonra Polşa "Korona"sı, 2015-ci ildə isə Qazaxıstanın "Ordabası" klublarında forma geyinib.

Onun sonuncu komandası isə Ukrayna "Olimpik"i olub. Petrov 2016-cı ilin fevralından çıxış etdiyi Donetsk klubu ilə yollarını dünən ayırıb. 26 yaşlı oyunçu əvvəllər Ukraynanın U-19 və U-21 yığmalarında da forma geyinib.

Petrovun bu gün "Neftçi"nin Türkiyənin Antalya bölgəsindəki düşərgəsinə qoşulacağı gözlənilir. Tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Son xəbərlər

Orphus sistemi