"Neftçi" ilə oyun öncəsi "Dinamo"dan iki transfer

"Neftçi" ilə oyun öncəsi "Dinamo"dan iki transfer Gürcüstanın "Dinamo" (Tbilisi) klubu "Neftçi"yə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları öncəsi heyətini yeni futbolçularla gücləndirib.
Futbol
5 İyul , 2021 14:52
Neftçi ilə oyun öncəsi Dinamodan iki transfer
Devid Mavutor və Barns Osey

Gürcüstanın "Dinamo" (Tbilisi) klubu "Neftçi"yə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları öncəsi heyətini yeni futbolçularla gücləndirib.

"Report" "Lelo" nəşrinə istinadən xəbər verir ki, Tbilisi təmsilçisi qanalı oyunçular Devid Mavutor və Barns Oseylə anlaşıb. Hər iki yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onlarla rəsmi müqavilə imzalanacaq.

Mavutorun son klubu Polşa "Visla"sı olub. Osey isə son olaraq Kiprin "Nea Salamina" komandasında çıxış edib.

Qeyd edək ki, "Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə 1 həftə sonra saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi