Maykl Essyen iki həftə müddətinə sıradan çıxdı

Maykl Essyen iki həftə müddətinə sıradan çıxdı Azərbaycan Premyer Liqasının XIX turunda Neftçi ilə 1:1 hesablı heç-heçə etdikləri matçda zədələnən Səbailin futbolçusu Maykl Essyenin durumuna aydınlıq gəlib.
Futbol
3 Mart , 2020 10:53
Maykl Essyen iki həftə müddətinə sıradan çıxdı

Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri matçda zədələnən "Səbail"in futbolçusu Maykl Essyenin durumuna aydınlıq gəlib. 

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tibbi müayinədən sonra 38 yaşlı qanalı yarımmüdafiəçinin əzələsində II dərəcəli dartınma aşkarlanıb. Təcrübəli oyunçu bu səbəbdən ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq. 

Qeyd edək ki, Maykl Essyen qarşılaşmanın 17-ci dəqiqəsində əvəzlənib və onun yerinə meydana Elçin Rəhim daxil olub. "Səbail" XX turda evdə "Zirə" ilə, XXI turda isə səfərdə "Sumqayıt"la üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi