"Neftçi" Azərbaycan çempionatında ikinci dəfə 5 start oyununu qələbəsiz başa vurub
Futbol
- 02 sentyabr, 2024
- 06:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Neftçi” Azərbaycan Premyer Liqasının ilk 5 turunda qələbə qazanmayıb.
"Report" xəbər verir ki, Bakı klubu 4 oyunda heç-heçə edib və 1 matçda məğlub olub.
Roman Qriqorçukun komandası “Turan Tovuz” və “Şamaxı” ilə qolsuz, “Səbail” və “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib. “Neftçi” “Sabah”dan iki cavabsız qol buraxıb.
1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 32 ildə ikinci dəfə 5 start oyununu qələbəsiz başa vurub. İlk belə hadisə 2017/2018 mövsümündə qeydə alınıb. Yeddi il əvvəl “Neftçi” ilk 5 turda cəmi 1 xal qazanıb: 1 heç-heçə və 4 məğlubiyyət.
Qeyd edək ki, 2017/2018 mövsümündəki qələbəsizlik seriyası 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb.
Son xəbərlər
00:04
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:41
"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
Digər ölkələr
23:32
Tovuzda bıçaqlanan iki nəfərdən biri ölüb
Hadisə
23:26
Foto
Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının sədri ilə görüşüb
Xarici siyasət
23:20
İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Digər ölkələr
22:55
"Çelsi" öz meydanında "Tottenhem"ə uduzub
Futbol
22:43
Fransadakı iğtişaşlara görə minə yaxın şəxs saxlanılıb
Digər ölkələr
22:35
Foto
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - Yenilənib-2
Futbol
22:33
Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb
Region