"Neftçi" "İnter"lə oyuna 1949-1950-ci illərin forması ilə çıxıb - VİDEO

"Neftçi" "İnter"lə oyuna 1949-1950-ci illərin forması ilə çıxıb - VİDEO Klub komandanın 80 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib
Futbol
18 Mart , 2017 21:06
Neftçi İnterlə oyuna 1949-1950-ci illərin forması ilə çıxıb - VİDEO

"Neftçi" komandası Azərbaycan Premyer Liqasının XXIII turunda "İnter"lə baş tutan oyunda 80 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib

Bakı. 18 mart. REPORT.AZ/ "Neftçi" komandası Azərbaycan Premyer Liqasının XXIII turunda "İnter"lə baş tutan oyunda 80 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.

"Report"un məlumatına görə, saat 19:37-də başlanan qarşılaşmaya flaqmanın futbolçuları sovet dövründə olduğu kimi, 1-dən 11-dək nömrəli formalarla məşhur "Futbol marşı"nın sədaları altında çıxıblar.

Formalar isə komandanın 1949-1950-ci illərdə geyindiyi görkəmdə, qapıçı isə kepkada olub. Topa ilk zərbəni Kazbek Tuayevlə Çingiz İsmayılov endirib. Onlar meydanın mərkəzində topla fint də ediblər.

Son xəbərlər

Orphus sistemi