"Neftçi" futbolçusu ilə müqaviləni pozdu

"Neftçi" futbolçusu ilə müqaviləni pozdu “Neftçi” klubu futbolçusu Saman Nərimancahanla yollarını ayırıb.
Futbol
14 Mart , 2021 21:46
Neftçi futbolçusu ilə müqaviləni pozdu

“Neftçi” klubu futbolçusu Saman Nərimancahanla yollarını ayırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, cənubi azərbaycanlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Futbolçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, "Neftçi"yə 2020-ci ilin yanvarında transfer olunmuş Saman Nərimancahan “ağ-qara” formada 22 oyuna 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi