"Neftçi" - "Dinamo" oyununa bilet satışı dayandırıldı

"Neftçi" - "Dinamo" oyununa bilet satışı dayandırıldı "Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün bilet satışı dayandırılıb.
Futbol
14 İyul , 2021 12:13
Neftçi - Dinamo oyununa bilet satışı dayandırıldı

"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün bilet satışı dayandırılıb.

"Report"un "ağ-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, səbəb biletlərin bitməsidir. İyulun 13-də satışa 4 000-dək bilet satışa çıxarılsa da, hamısı gün ərzində satılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah stadion tutumunun 50 faizinə azarkeşlərin buraxılmasına razılıq verdiyindən, 11 minlik "Bakcell Arena"da tribunaların yarısı boş qalacaq.

Satışdan əldə olunan vəsaitin yarısı Qarabağ Dirçəliş Fondu və "YAŞAT" Fonduna köçürüləcək.

Qeyd edək ki, bu gün keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyunu saat 21:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi