"Neftçi" klubu azarkeşlərinə müraciət etdi

"Neftçi" klubu azarkeşlərinə müraciət etdi "Neftçi" klubu öz azarkeşlərinə müraciət edib.
Futbol
403
29 İyul , 2020 15:17
Neftçi klubu azarkeşlərinə müraciət etdi

"Əziz “Neftçi” azarkeşləri! Ölkədə ilk klub televiziyası “Neftçi TV” artıq fəaliyyətə başlayıb. Çalışırıq ki, sizə gün ərzində komandamız haqqında dolğun, düzgün xəbərlər çatdıraq, tariximiz haqqında geniş məlumat verək, maraqlı proqramlar hazırlayaq. Gün keçdikcə daha çox yeni verilişlərlə qarşınıza gələcəyik. Sizin dəstəyinizə ehtiyacımız var".

"Report"un məlumatına görə, bu fikirlər "Neftçi" klubunun öz azarkeşlərinə ünvanladığı müraciətdə əksini tapıb. Klub fanatlarından bu yaxınlarda fəaliyyətə başlayan klub televiziyasına abunə olmağı xahiş edib.

Müraciətdə əsas hədəfin abunəçi sayının 100 000-ə çatdırılmasından ibarət olduğu vurğulanıb: "Hesab edirik ki, hazırda “Neftçi” azarkeşlərindən ən azı 100 minə yaxını “YouTube” istifadəçisidir. Kanalın abunəçi sayı isə 21 700 nəfərə yaxındır. Buna görə də abunəçi sayının çox az olduğunu hesab edirik və bu postu görən hər birinizdən dəstək gözləyirik. Bunu paylaşın və hər kəsi “Neftçi TV”yə abunə olmağa səsləyin. Hədəf 100 000 abunəçidir!".

Son xəbərlər

Orphus sistemi