"Neftçi"dən ayrılan futbolçu: "2-3 təklifim var"

"Neftçi"dən ayrılan futbolçu: "2-3 təklifim var" Neftçi ilə müqaviləm başa çatdı. Qarşılıqlı razılıq əsasında sözləşmənin müddətini uzatmamağa qərar verdik.
Futbol
19 İyun , 2020 17:13
Neftçidən ayrılan futbolçu: 2-3 təklifim var

"Neftçi" ilə müqaviləm başa çatdı. Qarşılıqlı razılıq əsasında sözləşmənin müddətini uzatmamağa qərar verdik".

Bu fikirləri "Report"a açıqlamasında bu gün "Neftçi" ilə yollarını ayıran Tural Axundov deyib.

Komandadan gedişi barədə danışan 32 yaşlı futbolçu qərarın onun üçün gözlənilməz olduğunu bildirib: "Hər bir baş məşqçinin öz fikri var. Qərara hörmətlə yanaşıram. Başqa heç bir söz deyə bilmərəm".

Təcrübəli müdafiəçi 2-3 klubdan təklif aldığını söyləyib: "Hamısı yerli klublardır. Variantları dəyərləndirdikdən sonra yekun qərarımı verəcəyəm".

Qeyd edək ki, Tural Axundov "Neftçi”də keçirdiyi iki mövsüm ərzində 41 oyunda meydana çıxıb, 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi