"Neftçi" Çempionluq Kubokunu şəhid azarkeşlərinin məzarına apardı

"Neftçi" Çempionluq Kubokunu şəhid azarkeşlərinin məzarına apardı Onlar özləri ilə kuboku da götürüblər
Futbol
605
20 May , 2021 00:49
Neftçi Çempionluq Kubokunu şəhid azarkeşlərinin məzarına apardı

"Neftçi" klubu Çempionluq Kuboku ilə təltif olunduqdan sonra II Fəxri Xiyabana yollanıb.

"Report"un məlumatına görə, kollektiv komandanın azarkeşləri, Vətən müharibəsi şəhidləri mayor Rüfət Əsgərov və leytenant Teymur Məcidzadənin məzarını ziyarət edib. Onlar özləri ilə kuboku da götürüblər. Onlar çempionatın baş mükafatını şəhid hərbçinin məzarı üstünə qoyaraq, ruhuna dualar oxuyublar.

Ziyarətdə klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, Samir Abasovun rəhbərlik etdiyi məşqçilər heyəti və bütün futbolçular iştirak edib.

Son xəbərlər

Orphus sistemi