"Neftçi" "CBC Sport Kuboku"nda yenidən liderliyə yüksəlib

"Neftçi" "CBC Sport Kuboku"nda yenidən liderliyə yüksəlib Flaqman MOİK-i son dəqiqə qolları ilə məğlub edib
Futbol
19 Yanvar , 2016 15:02
Neftçi CBC Sport Kubokunda yenidən liderliyə yüksəlib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün futbol üzrə "CBC Sport Kuboku"nda III turun son oyunu keçirilib. "Report"un məlumatına görə, "Bayıl Arena"da "Neftçi" I divizion təmsilçisi MOİK-lə qarşılaşıb.

Görüş flaqmanın qələbəsiylə yekunlaşıb - 2:1. Hesabı ilk yarıda "hərbçilər" açıb. Lakin "Neftçi" həm birinci hissənin, həm də oyunun uzatma dəqiqələrində qol vuraraq qalib olub. 

Bu nəticədən sonra baş məşqçi Əsgər Abdullayevin komandası xalını 7-yə çatdırıb və yenidən liderliyə yüksəlib. Xalsız MOİK isə sonuncu pillədə qalıb.

"CBC Sport Kuboku", III tur

13:00. "Neftçi" - MOİK - 2:1

Qollar: Kaue, 45+1. Anyete, 90+2 - Röyal Nəcəfov, 19

Bakı, "Bayıl Arena"

Son xəbərlər

Orphus sistemi