"Neftçi" öz rekordunu yenilədi

"Neftçi" öz rekordunu yenilədi “Neftçi” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.
Futbol
23 Noyabr , 2020 12:25
Neftçi öz rekordunu yenilədi

“Neftçi” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

"Report"un məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının X turunun “Qəbələ” ilə matçına təsadüf edib.

Səfər görüşünədək bütün qələbələri bir top fərqi ilə (iki dəfə 1:0, iki dəfə 2:1) olan “ağ-qaralar” 4:1 hesabına sevinib.

Bununla da “Neftçi”nin böyük hesablı qələbə qazandığı mövsümlərin sayı 28-ə çatıb. Yalnız 2015/16 mövsümündə belə nəticəsi olmayan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.

Qeyd edək ki, ümumilikdə 128-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn “Neftçi” bu göstəricidə də rekorda sahibdir.

Son xəbərlər

Orphus sistemi