"Neftçi" baxışa çağırdığı paraqvaylı futbolçunu bəyənməyib

"Neftçi" baxışa çağırdığı paraqvaylı futbolçunu bəyənməyib Elxan Abdullayev hücumçunu Bakıya gətirməyəcək
Futbol
20 Yanvar , 2017 13:28
Neftçi baxışa çağırdığı paraqvaylı futbolçunu bəyənməyib

Bakı. 20 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsindəki qış təlim-məşq toplanışını bu gün başa vuracaq Bakının "Neftçi" klubu baxışda olan Ramon İdalesio Kardozonu Azərbaycana gətirməyəcək.

"Report" klubun saytına istinadən xəbər verir ki, baş məşqçi Elxan Abdullayev 2 yoxlama oyununda sınadığı paraqvaylı hücumçunun çıxışından razı qalmayıb.

Kardozo Rusiyanın "Tosno" klubu ilə keçirilən görüşdə meydanda olub və bir qol vurub. Matçın 76-cı dəqiqəsində isə Tərzin Cahangirovla əvəzlənib. Həmin oyun 2:2 hesabı ilə yekunlaşıb. O, Rumıniyanın "Konkordiya” klubu ilə 1:1 hesabı ilə başa çatan qarşılaşmada isə fərqlənə bilməyib.

Qeyd edək ki, Kardozo karyerası ərzində Paraqvayın "Takuaru”, "Serro Porteno”, "Nasional”, "Deportivo Kapiata”, Portuqaliyanın "Penafiel”, "Vitoria Setubal”, "Moreirense” və Perunun "Leon Huanuko" klublarının şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi