"Neftçi" Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb
Futbol
- 18 sentyabr, 2026
- 19:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının VI turunda "Neftçi" səfərdə "Qəbələ"yə qalib gəlib.
"Report" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda "ağ-qaralar" 3:0 hesablı qələbəyə seviniblər.
25-ci dəqiqədə Breno Almeyda hesabı açıb. 86-cı dəqiqədə Adeleke Akinyemi fərqi iki topa yüksəldib. Yekun nəticəni isə 90+2-ci dəqiqədə Lyubomir Tupta müəyyənləşdirib.
Bu matç "Neftçi"nin ölkə futbolu tarixində yüksək dəstədə keçirdiyi 1000-ci oyun kimi tarixə düşüb. Bununla da Bakl klubu Azərbaycan çempionatlarında bu rəqəmə çatan ilk klub olub.
Qeyd edək ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv 15 xalla liderliyə yüksəlib. "Qəbələ" isə 4 xalla doqquzuncudur.
Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq.
Son xəbərlər
11:05
ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib
Region
11:03
Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək
Milli Məclis
11:02
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - Faktiki hava
Ekologiya
11:00
"Nağdsız hesablaşmalar" şöbəsi müştərilərin xidmətindədir!
Biznes
10:57
"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur
İnfrastruktur
10:57
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
Energetika
10:48
"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz "Fənərbağça" ilə oyunu buraxa bilər
Futbol
10:37
Yunanıstanda yeniyetmələrə sosial şəbəkələrdən istifadə qadağan edilib
Digər ölkələr
10:37
Foto
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
İnfrastruktur