"Neftçi" ilk yoxlama oyununu Türkiyə klubuna qarşı keçirəcək - YENİLƏNİB

Futbol
  • 03 yanvar, 2024
  • 10:10
Neftçi ilk yoxlama oyununu Türkiyə klubuna qarşı keçirəcək - YENİLƏNİB

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq "Neftçi"nin ilk yoxlama matçı yanvarın 6-da baş tutacaq.

"Report" "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Türkiyənin 1-ci liqasında çıxış edən “Ərzurumspor”la üz-üzə gələcək.

Qarşılaşma yanvarın 6-da keçiriləcək.

Qeyd edək ki, sabah Türkiyəyə yollanacaq "Neftçi"nin hazırlıq prosesi yanvarın 14-də yekunlaşacaq. Daha əvvəl Albaniya mətbuatı "ağ-qaralar"ın bu ölkənin "Partizani" kollektivi ilə görüşəcəyini yazmışdı.

10:20

Yanvarın 4-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verəcək "Neftçi"nin yoxlama oyununda üz-üzə gələcəyi komandalardan biri dəqiqləşib.

"Report" "Lapsi.al" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" Albaniyanın "Partizani" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma yanvarın 9-da gerçəkləşəcək.

Qeyd edək ki, "Neftçi"nin hazırlıq prosesi yanvarın 14-dək davam edəcək. Paytaxt təmsilçisi bu ölkədə iki yoxlama matçı keçirməyi planlaşdırır.

44 - Tezliklə