"Neftçi" akademiya üçün bina tikir

"Neftçi" akademiya üçün bina tikir "Bizim əsas sponsporumuz bazanın tikintisini hər zaman dəstəkləyir. Bizim evimiz tikilir".
Futbol
10 Sentyabr , 2020 16:07
Neftçi akademiya üçün bina tikir

"Əsas sponsorumuz bazanın tikintisini hər zaman dəstəkləyir. Bizim evimiz tikilir". 

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində deyib. 

O bildirib ki, Türk Hava Yolları bazasında indiyədək çox iş görülüb: "O bazanın başı bəlalıdır, təməli 2012-ci ildə qoyulub. U-21 millisinin baş məşqçisi Milan Obradoviç meydançalarla bağlı xoş sözlər deyib, yüksək səviyyəli olduqlarını bildirib. Həmin sahələrə böyük sərmayələr qoyulub. Təbii meydançalara müntəzəm qulluq edilir. Keçən mövsüm ərzində binanın əsas beton işlərini tamamladıq və mərtəbələri qaldırdıq. 2-3-cü mərtəbələr qalmışdı, tavanın beton işlərini bitirmişik. Keçən mövsüm sənədləşdirmədə problemlər oldu. Sənədləşdirmə ilə bağlı işlərin bəzilərini sıfırdan gördük. Qayda odur ki, sənədlər tamamlanmalıdır. Çatmayan nöqsanlar aradan qaldırılıb".

Eyvazov bazadakı üstü qapalı meydançanın yerini dəyişdiklərini sözlərinə əlavə edib: "Meydança bərbad vəziyyətdə idi, onu bərpa etdik. Üstü qapalı meydançanın yerini süni meydança qurduğumuz üçün dəyişdik. Buna çox ehtiyacımız var idi.

Vitse-prezident "Neftçi"nin əvəzedici komandasının ev oyunlarını bazadakı stadionda keçirəcəyini deyib: "Yeni meydanın işıqlandırma dirəklərini sifariş edəcəyik. Hazırda bunun üzərində işlər gedir. Hərdən məşqlərimiz saat 20:00 - 21:00-dək davam edir. Orada yığılıb-sökülən tribuna da planlaşdırırıq. Biz qərara gəldik ki, xüsusi akademiya binası tikək. Həmin binanın çox hissəsi otaqlardan ibarət olacaq. Hazırda 15 otaq nəzərdə tutulub, bu daha da çox olacaq. Akademiyanın tələblərinə nə cavab verəcəksə, onlar da həll ediləcək. Tikinti isə bu ay başlayacaq, iki mərtəbədən ibarət olacaq. Planlaşdırırıq ki, növbəti mövsümə təhvil verək". 

Eyvazov bazanın fasad işlərinin yaxın 6 ay ərzində tam yekunlaşacağını da diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi