"Neftçi" Adrian Mutu ilə vidalaşıb, yeni baş məşqçi bəlli olub

"Neftçi" Adrian Mutu ilə vidalaşıb, yeni baş məşqçi bəlli olub "Neftçi" komandasının baş məşqçisi dəyişib.
Futbol
24 Dekabr , 2023 18:31
Neftçi Adrian Mutu ilə vidalaşıb, yeni baş məşqçi bəlli olub

"Neftçi" komandasının baş məşqçisi dəyişib.

"Report" paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rumıniyalı Adrian Mutu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onu bu postda Miodraq Bojoviç əvəzləyib. Monteneqrolu mütəxəssislə 1.5 illik (1 il+ 6 ay) sözləşmə imzalanıb.

Qeyd edək ki, Mutu mövsümün əvvəlindən "ağ-qaralar"ın sükanı arxasında idi.

Son xəbərlər

Orphus sistemi