"Neftçi" 10 turdan sonra məğlubiyyətlə üzləşib

"Neftçi" 10 turdan sonra məğlubiyyətlə üzləşib Bakı. 24 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Futbol
24 Fevral , 2019 18:10
Neftçi 10 turdan sonra məğlubiyyətlə üzləşib

Bakı. 24 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, mərkəzi qarşılaşmada "Neftçi" "Bakcell Arena"da "Səbail"i qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 35-ci dəqiqədə qonaq komandanın ən məhsuldar hücumçusu Kevin Kubemba açıb. O, Tural Axundovun qapıçıya yanlış ötürməsindən sonra fərqlənib. Kubemba aktivinə 5-ci qolu yazdırıb. 43-cü dəqiqədə Yevgeni Koçuk cərimə zərbəsindən sonra "Səbail"in ikinci topunu vurub.

"Neftçi" təsəlli qoluna 56-cı dəqiqədə imza atıb. Kapitan Emin Mahmudovun ötürməsindən sonra Baqali Dabo fərqlənərək, aktivindəki qolların sayını 8-ə çatdırıb və bombardirlər siyahısında vahid liderə çevrilib.

Beləliklə, "Neftçi" Premyer Liqada 2-ci məğlubiyyəti ilə üzləşib. Flaqman ilk dəfə VIII turda səfərdə "Qəbələ"yə uduzub - 1:3.

Hesabat turunda yenilməsinə baxmayaraq, "Neftçi" 38 xalla "Qarabağ"la liderliyini davam etdirir. "Səbail" isə xallarını 30-a çatdırsa da, 3-cü pillədə qalıb.

Son xəbərlər

Orphus sistemi