“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli olub
Futbol
- 20 iyul, 2023
- 18:53
“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.
“Report”un məlumatına görə, “ağ-qaralar” bu raundda Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə üz-üzə gələcək.
Komanda I təsnifat mərhələsinin cavab görüşündə Belarus təmsilçisi “Minsk”i yenib - 2:1. Qarşılaşma UEFA-nın qərarına əsasən Bakıda “Azersun Arena”da gerçəkləşib. Tərəflər arasındakı ilk görüş heç-heçə yekunlaşmışdı - 2:2.
Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsindəki ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə avqustun 3-də evdə keçirəcək.
Son xəbərlər
21:40
UEFA Millətlər Liqası: Azərbaycan – Litva oyunu Gəncədə yox, Bakıda keçiriləcək
Futbol21:29
"Şamaxinka"dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq
İnfrastruktur21:22
ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək
Digər ölkələr21:19
Foto
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
Fərdi21:15
Azərbaycan millisi yoldaşlıq oyununda Qırğızıstan yığmasına uduzub
Futbol21:10
Rubio MKİ direktorunun Moskvaya səfərinin səbəbini izah edib
Digər ölkələr20:49
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb
Region20:41
Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
Region20:28