Neapol polisi Almaniya klubunun azarkeşlərini şəhərdən uzaqlaşdırmaq istəyir
Futbol
- 16 mart, 2023
- 07:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Neapol polisi Almaniyanın "Ayntraxt" klubunun azarkeşlərini ən qısa zamanda şəhərdən uzaqlaşdırmaq istəyir.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, buna komandanın İtaliyada "Napoli"yə 0:3 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçından sonra fanatların iğtişaşlar törətməsi səbəb olub.
Qarşılaşmanın start fitindən başlayan qarşıdurmalar gecəyə kimi davam edib.
Meydan sahiblərinin çılğın tərəfdarları Frankfurt təmsilçisinin azarkeşləri olan hotelə hücum etməyə çalışıblar. Lakin bina polis tərəfindən mühasirəyə alınıb. Almaniya komandasının 400 fanatı hələ də Neapoldadır.
Qeyd edək ki, ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələyən "Napoli" 1/4 finala vəsiqə qazanıb.
Son xəbərlər
04:04
Ceydon Sançonun "Xetafe"yə mümkün keçidinin şərtləri bəlli olub
Digər ölkələr
03:53
Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Digər ölkələr
03:31
BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb
Digər ölkələr
03:12
ABŞ Kanadadan olan bir sıra mallara 50 faizlik rüsumları ləğv edib - Yenilənib
Digər ölkələr
02:42
Tramp İrana qarşı yeni hərbi əməliyyatı istisna etməyib
Digər ölkələr
02:22
Bolqarıstanda prezident seçkiləri ərəfəsində sükut günü başlayıb
Digər ölkələr
01:47
Türkiyədə baş verən ağır qəzada dörd nəfər ölüb, bir nəfər yaralanıb
Region
01:30
Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir
Xarici siyasət
01:15
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
Digər ölkələr