Nazim Süleymanov Azərbaycan yığmasındakı köməkçilərinin adlarını və hazırlıq planını açıqlayıb

Nazim Süleymanov Azərbaycan yığmasındakı köməkçilərinin adlarını və hazırlıq planını açıqlayıb 50 yaşlı mütəxəssis orta məktəblərdə dərslərin başa çatmasını gözləyir
Futbol
2073
18 May , 2015 16:34
Nazim Süleymanov Azərbaycan yığmasındakı köməkçilərinin adlarını və hazırlıq planını açıqlayıb

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Nazim Süleymanov köməkçilərini və yığmanın hazırlıq planını müəyyənləşdirib. Bu barədə "Report"a 50 yaşlı mütəxəssisin özü məlumat verib.

N.Süleymanov ona Novruz Əzimov və qapıçılarla işləyən məşqçi kimi Rauf Mehdiyevin yardımçı olacağını söyləyib. Yeni heyətlə ilk təlim-məşq toplanışı isə mayın 29-da Bakıda keçiriləcək. Baş məşqçi bildirib ki, bu komandaya 1997-ci il təvəllüdlü futbolçular çağırıldığından, hazırda onların orta məktəblərdə təhsillərini yekunlaşdırmalarını gözləyirlər. Toplanış 3 gün davam edəcək.

Millinin ilk ciddi sınağı isə noyabrda elə paytaxtda Türkiyə, Ukrayna, Bosniya və Herseqovinanın da iştirakı ilə təşkil olunacaq Avropa çempionatının seçmə matçlarına təsadüf edəcək. Oyunlar noyabrın 10-da, 12-də və 15-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi