Dmitri Nazarovun komandası ciddi itki ilə üz-üzə

Dmitri Nazarovun komandası ciddi itki ilə üz-üzə Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Ertsgebirge” klubu maliyyə problemi ilə üzləşə bilər.
Futbol
24 Aprel , 2020 09:37
Dmitri Nazarovun komandası ciddi itki ilə üz-üzə

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Ertsgebirge” klubu maliyyə problemi ilə üzləşə bilər.

"Report" "Ostfussball" nəşrinə istinadən xəbər verir ki, klubun koronavirus dönəmində 2.5 milyon avroyadək itki ilə üzləşəcəyi gözlənilir. Bu məbləğ çempionat oyunlarında azarkeşlərin olmaması, sponsorluq məbləğinin və televiziya gəlirlərinin itməsindən yaranıb. Üstəlik, müqaviləsi bitmək üzrə olan 8 oyunçunun klubdakı taleyi qaranlıqdır. 

Lakin Aue təmsilçisinin direktoru Mixael Foyqt bildirib ki, klubun müflis olmaq riski yoxdur: "Son illərdə klubu yaxşı idarə etdik və heç vaxt imkanlarımızdan üstün nəsə etmədik. Belə bir böhranda qarşılığını görürük. Klubun növbəti mövsüm üçün də mükəmməl vəziyyətdə olduğunu təsbit etdik. Kiçik tikinti sahələri hələ də bağlanmalı idi. Prezident Holqe Leonhardtın "Layihə 2023"ü uğurlu oldu. Nəticədə daha az futbolçunun müqaviləsi mövsüm sonunda bitir".

Qeyd edək ki, “Ertsgebirge” hələ ötən il Dmitri Nazarov və digər 5 oyunçu ilə müqaviləni 2023-cü ilin yayına qədər uzadıb. Azərbaycan millisinin 30 yaşlı yarımmüdafiəçisi 2016-cı ildən Aue təmsilçisinin formasını geyinir. 

Son xəbərlər

Orphus sistemi